14 
İyl
2020
15:52
371
95
7395
Virtual karabakh

Van Dammın gözü qarşısında erməniyə qalib gəlmiş məşqçimiz: “Zirəddin uduzacağımı demişdi”

“Erməni ilə döyüşüm Moskva vilayətində yerləşən Krasnoqorsk şəhərindəki “Crocus City Hall” ticarət-sərgi və biznes mərkəzində olub. Həmin döyüşü Jan-Klod Van Damm da izləyib”.

Bunu Oxu.Az-a MMA məşqçisi Şəhriyar Abbasov deyib.

O, on il əvvəl – 2010-cu ilin aprel ayının 10-da erməni İşxan Zakaryanla baş tutmuş döyüşün məkanının internet mənbəyində səhvən Ukraynanın paytaxtı Kiyev göstərildiyini bildirib. Ş.Abbasovun sözlərinə görə, həmin döyüşlə bağlı Rusiyada yaşayan azərbaycanlı ekstrasens Zirəddin Rzayev də öz fikrini deyib, lakin öncəgörmə yanlış çıxıb:

“Həmin döyüşə hazırlaşanda bir ay xəstə yatmışam. Hamı mənə deyirdi ki, döyüşdən imtina et. Bunlardan biri də Zirəddin Rzayev idi. “İctimai TV”nin Rusiyadakı müxbiri dostum idi. O, Zirəddinlə çəkiölçmə mərasiminə gəlmişdi. Dostuma demişdi ki, Şəhriyar uduzacaq, deyin, döyüşməsin. Onsuz da, mən belə şeylərə inanmırdım. Amma qalib gəlməklə hamını haqsız çıxardım.

Bildiyiniz kimi, ermənilər aprelin 24-nü hər il qondarma soyqırımı günü kimi qeyd edirlər. Həmin döyüş isə aprelin 10-da keçirilirdi və anamın ad günü idi. Qalib gəldikdən sonra qələbəni anama həsr etmişdim”.

Qeyd edək ki, Şəhriyar Abbasov döyüşün ikinci raundunda İşxan Zakaryanı ağrıedici fəndlə təslim olmağa məcbur edib. Bu məğlubiyyətdən sonra Zakaryan bir daha MMA-da döyüşə çıxmayıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri