14 
İyl
2020
17:17
141
91
2554
Virtual karabakh

Ayxan Abbasov: “Ümidvaram ki, yenidən döyüşkən heyət qurub, mübarizə aparacağıq” - FOTO

14 İyl, 2020
17:17
2554

Ayxan Abbasov: “Ümidvaram ki, yenidən döyüşkən heyət qurub, mübarizə aparacağıq” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020/2021-ci illər mövsümünün heyəti üçün çalışmalara başlayan “Sumqayıt” FK ilk olaraq baş məşqçi Ayxan Abbasovla müqaviləni yeniləyib.

Oxu.Az xəbər verir ki, 38 yaşlı mütəxəssis növbəti mövsümdə də bu komandanın sükanı arxasında olacaq.

“Ötən ilyarım ərzində qazandığımız nəticələr bizi sevindirir. Lakin bizdən asılı olmayan səbəblərə görə bəzi oyunçularımızı komandada saxlaya bilmədik. Bu ərəfədə “Sumqayıt”dan ayrılmaq mənim üçün ağır olardı. Ümidvaram ki, yenidən döyüşkən heyət qurub, həm Avroliqada, həm də Premyer Liqada mübarizə aparacağıq”, – deyə, Ayxan Abbasov klubun rəsmi saytına açıqlama verib.

Qeyd edək ki, “Sumqayıt” FK 2018-ci ilin noyabr ayından etibarən komandaya baş məşqçi təyin olunan Ayxan Abbasovun rəhbərliyi ilə tarixində ilk dəfə Azərbaycan Kubokunun finalına və UEFA Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri