15 
İyl
2020
10:36
593
25
7304
Virtual karabakh

Makedoniyalı futbolçudan Azərbaycan şəhidləri ilə bağlı paylaşım - FOTO

15 İyl, 2020
10:36
7304

Makedoniyalı futbolçudan Azərbaycan şəhidləri ilə bağlı paylaşım - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Makedoniyalı futbolçu Muarem Muarem Azərbaycana dəstək olub.

Oxu.Az xəbər verir ki, vaxtilə ölkəmizdə çıxış etmiş futbolçu baş verən hadisələrə biganə qalmayıb.

“Qarabağ”ın sabiq yarımmüdafiəçisi Muarem Muarem sosial şəbəkə vasitəsilə dəstək paylaşımı edib. O, “Başın sağ olsun, Azərbaycan” həştəqi ilə “Qarabağ Azərbaycandır” yazılan Azərbaycan xəritəsini paylaşıb.

Qeyd edək ki, türk əsilli Muarem Muarem 2012-2015 və 2016-2017-ci illərdə “Qarabağ”da çıxış edib. 31 yaşlı hücumameyilli yarımmüdafiəçi 2018-ci ildən klubsuzdur.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri