15 
İyl
2020
10:30
109
41
2176
Virtual karabakh

Suares: “La Liqa”nı udmaq artıq, demək olar ki, mümkün deyil”

“Barselona”nın hücumçusu Luis Suares İspaniya çempionatında qalib gəlməyin artıq mümkün görünmədiyini etiraf edib.

Bu barədə Sport.es yazıb.

Sona iki tur qalmış “Barsa” Madrid “Real”ından 4 xal geri qalır. Əgər növbəti turda “kral klubu” “Vilyareal” üzərində qələbə qazanarsa, çempion olacaq.

“Əgər düzünü desək, La Liqanı udmaq artıq, demək olar ki, mümkün deyil. “Sevilya”ya qarşı oyunun həyatı çətinləşdirdiyi aydındır. Bizim “Real”ı keçmək şanslarımız oldu, ancaq “Selta” ilə qarşılaşma (2:2) əhəmiyyətli rol oynadı”, - deyə L.Suares bildirib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri