15 
İyl
2020
22:43
521
81
2778
Virtual karabakh

Tahir Gözəl: “Hər zaman ilk məqsədimiz erməni təxribatlarını dünyaya çatdırmaqdır”

15 İyl, 2020
22:43
2778

Tahir Gözəl: “Hər zaman ilk məqsədimiz erməni təxribatlarını dünyaya çatdırmaqdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İyulun 12-dən başlayaraq Ermənistanın dövlət sərhədimizin Tovuz istiqamətində növbəti hərbi təxribatı başlayıb. Lakin bu təxribata ordumuz layiqli cavab verib və verməkdə də davam edir. Ordumuz tam ruh yüksəkliyi ilə düşmən qarşısında mərdanə dayanıb”.

Oxu.Az xəbər verir ki, bunu “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl son günlərdə Tovuz rayonunda baş verən hadisələrə münasibət bildirərkən deyib.

O, açıqlamasında erməni təxribatı nəticəsində şəhid olmuş hərbi qulluqçularımıza Allahdan rəhmət diləyib, yaxınlarına isə başsağlığı verib:

“Döyüşçülərimizin bu qəhrəmanlıqları bir zəfər kimi hər zaman yaddaşlarda qalacaq. Döyüşlər nəticəsində şəhidlik zirvəsinə ucalmış Azərbaycan ordusunun hərbi qulluqçularının ailələrinə başsağlığı verir və səbr diləyirik”.

T.Gözəl bildirib ki, adını daşıdıqları klubun əhəmiyyətini yaxşı dərk edirlər:

“Bununla fəxr edirik. Hər zaman ilk məqsədimiz Qarabağ həqiqətlərini və erməni təxribatlarını dünyaya çatdırmaqdır. Bu missiyanı davam etdirmək üçün hər zaman əlimizdən gələni edəcəyik. “Qarabağ” da bu gün yaşıl meydanlarda bu həqiqəti aşılamaq üçün mübarizə aparır. Hər zaman dünyada sülhün bərqərar olması bizim ən böyük təmənnamızdır. İstənilən halda, biz dövlətimizə, Prezidentimizə, Ali Baş Komandanımıza, ordumuza, xalqımıza güvənirik və yanındayıq”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri