19 
İyl
2020
23:23
157
27
3699
Virtual karabakh

Bakı finalı Londonda təkrarlanacaq

19 İyl, 2020
23:23
3699

Bakı finalı Londonda təkrarlanacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə kubokunun finalında “Arsenal”ın rəqibi müəyyənləşib. 

Oxu.Az xəbər verir ki, bu gün yarımfinalın ikinci qarşılaşması baş tutub. 

Qarşılaşmada “Mançester Yunayted” doğma meydanda “Çelsi”ni sınağa çəkib. 

Gərgin keçən qarşılaşmada “zadəganlar” 3:1 hesablı qələbə qazanaraq, finala yüksəliblər. 

Qeyd edək ki, birinci yarımfinal qarşılaşmasında “Arsenal” “Mançester Siti” üzərində 2:0 hesabı ilə qələbə qazanmışdı.

Xatırladaq ki, ötən il mayın 29-da Bakıda keçiriln UEFA Avropa Liqasının finalıdan “Arsenal” və “Çelsi” üz-üzə gəlmişdi. Həmin qarşılaşmada “Çelsi” 4:1 hesablı qələbəyə sevinmişdi.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri