20 
İyl
2020
12:53
131
41
2998
Virtual karabakh

“Neftçi TV” bugündən fəaliyyətə başladı

20 İyl, 2020
12:53
2998

“Neftçi TV” bugündən fəaliyyətə başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi”nin internet telekanalı bu gündən etibarən canlı yayıma çıxıb.

Oxu.Az-ın xəbərinə görə, “Neftçi TV” bu gün “İdman” telekanalından tanıdığımız İsmayıl Abdullayevin aparıcılığı ilə saat 12:00-dan etibarən test yayıma başlayıb.

Canlı yayımın ilk qonağı isə “Neftçi”nin sabiq vitse-prezidenti, hazırda Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev olub.

Yayımlar hər gün saat 12:00-dan 16:00-dək “Youtube” vasitəsilə olacaq.

Qeyd edək ki, “Neftçi TV”də klubun gündəlik həyatı ilə bağlı məlumatlar, maraqlı müsahibə və açıqlamalar, müxtəlif əyləncəli proqramlar, əsas komandanın yoldaşlıq görüşlərindən, eləcə də, “Neftçi-2” və aşağı yaş qrupu komandalarının bəzi oyunlarından canlı yayımlar, həmçinin, müxtəlif verilişlər də olacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri