27 
İyl
2020
12:34
34
64
3636
Virtual karabakh

Futbolun yeni reallığı – FIFA 2020 ekranlara qayıdır

27 İyl, 2020
12:34
3636

Futbolun yeni reallığı – FIFA 2020 ekranlara qayıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprel-may aylarında Azərbaycanda FIFA 2020 üzrə təşkil olunan ilk virtual futbol turniri uzun zamandır futbolsuz qalan azarkeşlərimizi ekran qarşısına qaytarmağı bacardı. Adıçəkilən oyun futbol həvəskarları üçün gözəl alternativdir. FIFA 2020 oyunçulara peşəkar futbol yarışlarının möhtəşəmliyini yaşamağa, eyni zamanda azarkeşlərə bu populyar oyunu virtual formatda nümayiş etdirməyə imkan yaradır.

Futbol tamaşaçılarının nəzərinə çatdıraq ki, Azərbaycanжт kiberidman tarixində əlamətdar hadisəyə çevrilmiş turnirin artıq FIFA 2020 Birinci Liqasının keçirilməsi qərara alınıb. İyulun 27-də start götürəcək turnir PlayStation-4 platformasında onlayn formatda keçiriləcək və “Youtube” kanalı, habelə “İdman TV” ilə yayımlanacaq. Ölkənin aparıcı idman telekanalında nümayiş etdiriləcək qarşılaşmaları kanalın şərhçiləri təqdim edəcək.

Ölkəmizin ayrı-ayrı bölgələrini təmsil edən 20 iştirakçı 38 turdan ibarət uzun marafonda qalibiyyət uğrunda mübarizə aparacaq. Əlavə olaraq bildirək ki, yarışmaya yeni beş iştirakçı qatılacaq – “Siazan Castles” (Elton Hüseynov), “Balakhani Oilers” (Ravil Abışov), “Tovuz Vinegrovers” (Ənvər Əliyev), “Beylagan Lynx” (Nicat Mustafalı) və “Barda Knights” (Orxan Bayramov).

Turnirin mükafat fondu 20 000 manatdır. Mövsümün sonunda qalib iştirakçı 500, ikinci yerin sahibi 300, üçüncü yerdə qərarlaşan kiberidmançı isə 200 manat qazanacaq. Qeyd edək ki, iştirakçıları hər qələbəyə görə 30, heç-heçəyə görə 25, məğlubiyyətə görə isə 20 manat məbləğində mükafatlar gözləyir. Turnirin ən sərrast bombardiri də mükafatlandırılacaq.

AR Gənclər və İdman Nazirliyi, AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “İdman TV”, Azərbaycan Kiber İdman Federasiyası, Gaming League Azerbaijan (GLA) və “Topaz”ın birgə təşkilatçılığı keçiriləcək Birinci Liqaya sentyabrın 11-də yekun vurulacaq. Turnirin baş sponsoru “Kapital Bank”, sponsoru “Mountain Dew” şirkətidir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri