27 
İyl
2020
15:05
51
43
3680
Virtual karabakh

2032-ci il Yay Olimpiya Oyunlarına hansı dövlətlərin ev sahibliyi etmək istədiyi məlum oldu - VİDEO

27 İyl, 2020
15:05
3680

2032-ci il Yay Olimpiya Oyunlarına hansı dövlətlərin ev sahibliyi etmək istədiyi məlum oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qətər 2032-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi üçün müraciət edəcək.

“RİA Novosti” xəbər verir ki, Yaxın Şərq ölkələsi Beynəlxalq Olimpiya Komitəsinə müvafiq müraciət göndərib.

Bu, Qətərin Olimpiadaya ev sahibliyi etmək üçün üçüncü cəhdidir. Ölkə əvvəllər 2016 və 2022-ci il Oyunlarına ev sahibliyi etmək üçün müraciət etsə də, hər iki cəhdi uğursuz olub.

Qətər Milli Olimpiya Komitəsinin prezidenti Şeyx Hoaan bin Hamad bin Xəlifə Əl-Tani Olimpiya Oyunlarının ölkənin inkişafına töhfə verəcəyini hesab edir.

Qətərə kimin rəqib olacağı da bilinir. Çin, Hindistan, Avstraliya, həmçinin, KXDR və Cənubi Koreya da oyunlara ev sahibliyi etmək istəyirlər.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri