27 
İyl
2020
16:25
82
43
4308
Virtual karabakh

Azərbaycanlı futbol agenti: “Şahini Rusiya klublarına təklif etdim, yaxın duran olmadı...”

27 İyl, 2020
16:25
4308

Azərbaycanlı futbol agenti: “Şahini Rusiya klublarına təklif etdim, yaxın duran olmadı...”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı futbol agenti Ramil Adıgözəlov türkiyəli yarımmüdafiəçi Nuri Şahini Rusiya klublarına təklif etməsi barədə danışıb.

Bu barədə “Çempionat” saytı məlumat yayıb.

“Mən Nuri Şahinin agenti deyiləm, lakin onun agenti tanışlar vasitəsilə mənimlə əlaqə yaratdı. Üstəlik Türkiyə bazarını tanıyan daha bir azərbaycanlı vardı. O da bizi bir araya gətirdi. Bu uşaqlar Rusiya bazarında maraqlı idi. Mən Nurini bir neçə kluba təklif etdim, ancaq hər yerdə imtina etdilər. Bəziləri hətta dəstəyi də götürmədi. Bəziləri baxdılar, ancaq yenə cavab vermədilər. Hərənin öz maraqları var. Bir az “Dinamo” reaksiya verdi. “Rubin” və “Krasnodar” imtina etdilər. “Lokomotiv” də “Rubin” kimi cavab verdi. Onlarda legionerlər üçün yer yoxdur. “Krasnodar” isə bu mövqeyə oyunçu axtarmadığını bildirdi”, - deyə, R.Adıgözəlov bildirib.

Futbol agenti bildirib ki, N.Şahin Rusiya üçün olduqca yüksək məbləğ tələb edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri