28 
İyl
2020
09:54
107
33
2243
Virtual karabakh

Klopp: “Ferqyusonla tanışlıq Roma Papası ilə tanışlıq kimi idi”

28 İyl, 2020
09:54
2243

Klopp: “Ferqyusonla tanışlıq Roma Papası ilə tanışlıq kimi idi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Mançester Yunayted”in keçmiş məşqçisi ser Aleks Ferqyusonla ilk tanışlığı barədə danışıb.

Bu barədə “Goal” nəşri yazıb.

Y.Klopp A.Ferqyusonun “Liverpul”u çalışdıra bilməyəcəyini düşünsə də, ona heyranlığını gizlətməyib.

“Yadımdadır, o, gördüyüm ilk britaniyalı məşqçi idi. Biz səhər yeməyində görüşdük. Onun hər şeyi xatırlamasından əmin deyiləm, ancaq mən xatırlayıram. Çünki mənim üçün bu an Roma Papası ilə görüşə bənzəyirdi. Mən heyran oldum”, - deyə Y.Klopp bildirib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri