28 
İyl
2020
12:11
198
31
4697
Virtual karabakh

Həbib karyerasının son döyüşünü kanadalı idmançıya qarşı keçirəcək

28 İyl, 2020
12:11
4697

Həbib karyerasının son döyüşünü kanadalı idmançıya qarşı keçirəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UFC-nin prezidenti Deyna Uayt bildirib ki, məşhur rusiyalı döyüşçü Həbib Nurməhəmmədov karyerasının son döyüşünü kanadalı Jorj Sen-Pyerə qarşı keçirə bilər.

D.Uayt bu barədə Bjpenn.com saytına açıqlamasında qeyd edib.

“Aydındır ki, hazırda Həbib Geyci ilə görüşü düşünür. Mən Həbibin 30-cu döyüşündə rəqibinin kim olacağını bilmirəm. Bilirəm ki, Konor Makqreqor həmişə bu revanşın baş tutmasını istəyib.

Jorj Sen-Pyerlə döyüşmək? Əlbəttə ki, bu, onun karyerasının son döyüşü ola bilər. Bu uşaqlar möhtəşəmdir. Mən Həbibə böyük hörmət bəsləyirəm və onun istəklərini həyata keçirməyə hazıram”, - deyə UFC-nin prezidenti vurğulayıb.

Qeyd edək ki, iyulun 3-də H.Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov vəfat edib.

Bu hadisədən sonra H.Nurməhəmmədovun növbəti rəqibi - ABŞ təmsilçisi Castin Geyci ilə görüşü müvəqqəti təxirə salınıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri