Avq
2020
23:21
40
83
1962
Virtual karabakh

Azərbaycan yığmasının toplanışının vaxtı bilindi

2 Avq, 2020
23:21
1962

Azərbaycan yığmasının toplanışının vaxtı bilindi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan milli komandasının təlim-məşq toplanışının vaxtı bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu yığmamızın baş məşqçisi Canni De Byazinin korpusunda yer alacaq Alessandro Skayya açıqlayıb.

O bildirib ki, millinin hazırlıq prosesi avqustun 28-də başlayacaq: 

“Toplanışın startı avqustun 28-nə nəzərdə tutulub. Millətlər Liqasındakı ilk matç sentyabrın 5-də keçiriləcək. Lüksemburqla qarşılaşma bizim üçün debüt olacaq. Buna görə də biz bir az tez getmək istəyirik. Amma hələ ki avqustun 5-dək ölkədə koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər var. Yalnız avrokuboklarda oynayan komandalar məşq edir. Söhbət “Qarabağ”, “Neftçi” və başqalarından gedir”.

Hazırlıq sentyabrın 8-dəki matçla bitəcək.

Qeyd edək ki, millimiz sentyabrın 5-də evdə Lüksemburq, üç gün sonra səfərdə Monteneqro ilə üz-üzə gələcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri