Avq
2020
01:17
159
36
4572
Virtual karabakh

ÇL: “Barselona” və “Bavariya” 1/4 finalda

9 Avq, 2020
01:17
4572

ÇL: “Barselona” və “Bavariya” 1/4 finalda

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Oxu.Az xəbər verir ki, gecənin maraqla gözlənilən matçı İspaniyada baş tutub. Səfərdə “Napoli” ilə 1:1 hesablı heç-heçə edən “Barselona” doğma meydanda 3:1 hesablı qələbə ilə növbəti mərhələyə yüksəlib.

Gecənin digər oyunu isə Almaniyada keçirilib. Londondakı qarşılaşmada “Çelsi”ni 3:0 hesabı ilə məğlub edərək növbəti mərhələni böyük ölçüdə təmin edən “Bavariya” Münhendə də rəqibindən aşkar üstün olub – 4:1.

Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

8 avqust

“Barselona” (İspaniya) – “Napoli” (İtaliya) – 3:1

Qollar: Lenqle, 10, Messi, 23, Suares, 45+1 (pen.) – İnsinye, 45+3 (pen.)

İlk oyun - 1:1

“Bavariya” (Almaniya) – “Çelsi” (İngiltərə) – 4:1

Qollar: Levandovski, 10 (pen.), 84, Perişiç, 24, Tolisso, 76 – Abraham, 41

İlk oyun - 3:0

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri