9 
Avq
2020
19:00
716
289
5204
yuxarı
Zabit Səmədov prezident seçkilərində Lukaşenkonu dəstəkləyir
9 Avq, 2020
19:00
5204
716
289
Zabit Səmədov prezident seçkilərində Lukaşenkonu dəstəkləyir
Azərbaycanlı kikboksçu Zabit Səmədov Belarusda baş tutan prezident seçkilərində indiki ölkə rəhbəri Aleksandr Lukaşenkonu dəstəklədiyini bildirib.
Oxu.Az xəbər verir ki, Z.Səmədov bu barədə bildirib:
“Mən indi Belarusda nəyin baş verdiyini görürəm. Buna laqeyd qalmaq çətindir. Çünki bu, təhsil aldığım və uğur qazandığım ölkədir.
Dinc Belarusda vətəndaş müharibələri və münaqişələr olmadan yaşamışam. Bütün tanışlarım və dostlarım öz sahələrində işləyib çalışırdı ki, hər biri bu gün malik olduqlarımıza nail olsunlar.
Biz bu yolu Belarusun hazırkı prezidenti Aleksandr Qriqroyeviçin uğurlu işi sayəsində keçdik. Mən də onu dəstəkləyirəm. Fəxr edirəm ki, Belarus mənim ikinci doğma evimdir”.
Səbuhi Musayev
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək