10 
Avq
2020
15:50
93
18
3076
Virtual karabakh

“Neftçi” və “Sumqayıt”a Şimali makedoniyalılar, “Keşlə”yə albanlar düşdü

10 Avq, 2020
15:50
3076

“Neftçi” və “Sumqayıt”a Şimali makedoniyalılar, “Keşlə”yə albanlar düşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Liqasında mübarizə aparacaq Azərbaycan klublarının I təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib.

Oxu.Az xəbər verir ki, “Neftçi” Şimali Makedoniyanın "Şkupi” klubu ilə üz-üzə gələcək.

Təmsilçimiz mərhələnin bir oyundan ibarət olacaq yeganə görüşünü Bakıda keçirəcək.

Çempionatın bürünc mükafatçısı “Keşlə”yə tanış – beş il əvvəl qarşılaşdığı Albaniyanın “Laçi” klubu rəqib olub. Bakılılar qarşılaşmaya Azərbaycan paytaxtında çıxacaq.

Avrokubokların debütantı “Sumqayıt”ın bəxtinə Şimali Makedoniyanın “Şkendiya” klubu düşüb. Sumqayıt təmsilçisi də debüt matçını evdə keçirəcək.

Qeyd edək ki, I təsnifat mərhələsinin qarşılaşmaları avqustun 27-də baş tutacaq.

Bununla da, avrokuboklarda “Qarabağ” da daxil olmaqla, dörd komandamızdan üçü ilk mərhələdə Şimali Makedoniya klubları ilə üz-üzə gələcək.

Bütün komandalarımız tək matçdan ibarət mərhələ görüşlərini Azərbaycanda keçirəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri