10 
Avq
2020
17:38
29
87
2233
Virtual karabakh

Füzuli Məmmədov: “Şkupi” kağız üzərində zəif görünə bilər”

10 Avq, 2020
17:38
2233

Füzuli Məmmədov: “Şkupi” kağız üzərində zəif görünə bilər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hər bir rəqib təhlükəlidir. Düzdür, “Şkupi” kağız üzərində digər rəqiblərlə müqayisədə zəif görünə bilər. Amma əsas üstünlüyümüz odur ki, evdə oynayacağıq”.

Oxu.Az xəbər verir ki, “Neftçi” PFK-nın baş məşqçisi Füzuli Məmmədov UEFA Avropa Liqasının I təsnifat mərhələsində püşkün nəticəsinə münasibət bildirib.

O deyib ki, komandasının əsas üstünlüyü evdə oynamasıdır:

“Hər rəqib üçün xüsusi hazırlaşmaq lazımdır. Futbolçularımız bu oyuna tam köklənməlidirlər. Səhv etmək olmaz. Futbolçularımız sıxılmamalıdırlar, amma çox rahatlaşmaq da olmaz. Lazımi qədər həm diqqətli, həm də sərbəst olmalıyıq.

Xüsusilə müdafiədə səhv etmək olmaz. Çünki mərhələnin taleyi bir oyundan ibarətdir. Təbii ki, hücum etməliyik, amma müdafiəni unutmamaq şərti ilə. Müdafiədə və ya mərkəzdə hər hansı səhv uğursuzluğa səbəb ola bilər. Ağıllı oynayıb qalib gəlməliyik”.

Qeyd edək ki, “Neftçi” – “Şkupi” (Şimali Makedoniya) oyunu avqustun 27-də “Bakcell Arena”da keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri