10 
Avq
2020
18:12
94
67
3103
Virtual karabakh

Azərbaycanlı futbolçu “Neftçi”nin Avroliqadakı rəqibinə transfer oldu - FOTO

Azərbaycanlı futbolçu Elvin Yunuszadə “Neftçi”nin UEFA Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan Şimali Makedoniyanın “Şkupi” klubuna transfer olunub.

Oxu.Az xəbər verir ki, millimizin, “Neftçi”, “Qarabağ”, “Sabah” və “Səbail” kimi klubların sabiq futbolçusu olmuş 27 yaşlı mərkəz müdafiəçisi Skopye klubu ilə bir illik müqavilə bağlayıb.

Fevralın 9-da Bosniya və Herseqovinanın “Çelik” klubuna keçsə də, pandemiyaya görə bu komandada oyuna çıxa bilməyən Elvin Yunuszadə açıqlama da verib.

O bildirib ki, dünəndən Skopyedədir və yeni komandasının “Şkendiya” ilə 2:2 başa çatan görüşünü izləyib. Klub saytı onun “Qarabağ”ın heyətində “Çelsi”, “Atletiko” və “Roma” ilə Çempionlar Liqası görüşlərinə çıxdığını bildirib.

Qeyd edək ki, “Şkupi” (albancada “Skopye” deməkdir – S.M.) Şimali Makedoniyanı təmsil etsə də, klubun sahibi türkiyəli Aydın Ölgündür. Klubun idarəçiləri isə müsəlmanlar – albanlardır. 2012-ci ildən albanların Şimali Makedoniyada azarkeşlik etdiyi bu klubun prezidenti Eyup Ademi, baş məşqçisi Katip Osmanidir.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri