12 
Avq
2020
10:45
21
45
1774
Virtual karabakh

Hücumçu transferi nə vaxt olacaq? - “Neftçi”dən RƏSMİ AÇIQLAMA

12 Avq, 2020
10:45
1774

Hücumçu transferi nə vaxt olacaq? - “Neftçi”dən RƏSMİ AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir hücumçuya ehtiyacımız var. Həmin transfer üzərində iş aparırıq. Ola bilər, avrokuboklardakı ilk oyunumuza qədər gerçəkləşsin”.

Bunu Oxu.Az-a “Neftçi”nin idman direktoru Ceyhun Sultanov deyib.

Fransalı Baqaliy Dabonun Kiprin “Apollon” klubuna keçidindən sonra “Neftçi”də yeganə nominal mərkəz hücumçusu Mirabdulla Abbasovdur. Mərkəz hücumçusu axtaran “Neftçi” forvard transferində problemlə üzləşib. C.Sultanov bu transferlə bağlı son məsələni diqqətimizə çatdırıb:

“Təki hücumçu transferi edək – belə yanaşma da düzgün deyil. Çünki bu dəqiqə transfer bazarında nə qədər istəyirsinizsə, hücumçu var. Amma hücumçudan hücumçuya fərq var. Baş məşqçimiz Füzuli Məmmədovun istədiyi meyarlara uyğun futbolçunu hücum xəttinə transfer etmək istəyirik.

Elə olur ki, bu tələblərə uyğun futbolçu tapırıq. Amma həmin oyunçu Azərbaycan çempionatında oynamaq istəmir və ya gəlmək istəyir, ancaq maliyyə baxımından razılığa gələ bilmirik. Ona görə də hücumçu transferini avrokuboklara qədər çatdıra da bilərik, çatdırmaya da”.

Qeyd edək ki, “Neftçi” avqustun 27-də Bakıda Avropa Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkupi” komandası ilə qarşılaşacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri