13 
Avq
2020
09:34
65
11
1313
Virtual karabakh

İsveçrə yığmalarımızın qatılacağı dünya çempionatından imtina etdi - FOTO

İsveçrə sentyabrın 20-27-də Eql-Martinyi şəhərlərində keçirilməli olan şose velosipedi üzrə dünya çempionatından imtina edib.

Oxu.Az xəbər verir ki, buna hökumətin COVID-19 pandemiyası səbəbindən kütləvi tədbirlərin təşkilinə qoyulan qadağanı sentyabrın 30-dək uzatması səbəb olub.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) yaydığı açıqlamada deyilir ki, artıq qurum DÇ-2020-ni qəbul etmək istəyən yeni ev sahibi axtarışlarına başlayıb. Həmin ölkə Avropanı təmsil etməli və yarışı əvvəldən nəzərdə tutulduğu kimi, məhz 20-27 sentyabr tarixlərində təşkil etməlidir. UCI yeni ev sahibi ölkənin adının avqustun 31-dək açıqlanacağını bildirib.

Qeyd edək ki, dünya çempionatında müxtəlif yaş qrupları üzrə Azərbaycan yığma komandalarının da iştirakı nəzərdə tutulur və bu məqsədlə velospedçilərimiz dünəndən etibarən Tovuz rayonunda təlim-məşq toplanışına başlayıblar.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri