13 
Avq
2020
15:38
22
51
1833
Virtual karabakh

FIFA20 Birinci Liqası: Bölgə komandaları arasında maraqlı qarşılaşma

13 Avq, 2020
15:38
1833

FIFA20 Birinci Liqası: Bölgə komandaları arasında maraqlı qarşılaşma

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

FIFA20 Birinci Liqasının son iki turunda uğurlu nəticə göstərmiş “Qazakh Ashiqs” komandası liderliyə yüksəlib.

Oxu.Az xəbər verir ki, XII turadək liderlərdən bir xal geri qalan “Qazax Aşıqları” XIII turda “Balakhanı Oilers” komandası və XIV turda liderlərdən biri – “Nakhchivan Alinja Tower” komandası üzərində qələbə qazanaraq, yarış cədvəlinin ilk sırasına yüksələ bilib.

Qeyd edək ki, XIII turda “Nakhchivan Alinja Tower” komandası digər lider “Quba Tigers” ilə heç-heçə oynayıb. Bununla belə, XIV tur çərçivəsində “Quba Tigers” komandasının “Tovuz Winegrowers” ilə qarşılaşması bu gün keçiriləcək.

Turnir cədvəlinə nəzər salsaq, “Nakhchivan Alinja Tower” komandasının liderdən artıq dörd xal geri qaldığını görə bilərik.

Qeyd edək ki, sabah keçiriləcək XV turda azarkeşləri turnir cədvəlinin liderləri “Quba Tigers” və “Qazakh Ashiqs” komandaları arasında maraqlı oyun gözləyir.

FIFA20 Birinci Liqasının oyunlarını canlı olaraq həftənin altı günü saat 12:00-dan 17:00-dək GLAHUB “Youtube” kanalında və 16:00-dan 17:00-dək “İdman TV” kanalında izləməyə davam edin.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Gaming League Azerbaijan” (GLA), “İdman TV”, Azərbaycan Kiber İdman Federasiyası və “Topaz”ın birgə təşkilatçılığı ilə keçirilən Birinci Liqaya sentyabrın 11-də yekun vurulacaq. Turnirin baş sponsoru “BirBank”dır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri