14 
Avq
2020
10:50
24
58
1767
Virtual karabakh

PSJ Çempionlar Liqası yarımfinalında əsas qapıçısından məhrum ola bilər

14 Avq, 2020
10:50
1767

PSJ Çempionlar Liqası yarımfinalında əsas qapıçısından məhrum ola bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

PSJ-nin əsas qapıçısı Keylor Navas Çempionlar Liqasının yarımfinal mərhələsindən kənarda qala bilər.

Bu barədə “RİA Novosti” klubun mətbuat xidmətinə istinadən məlumat yayıb.

K.Navas “Atalanta”ya qarşı oyunun 79-cu dəqiqəsində zədələnərək oyunu yarımçıq tərk etməli olmuşdu. Onun yerinə komandanın qapısını qoruyan Serxio Riko isə cari mövsümdə ikinci dəfə meydana çıxıb.

S.Riko ilk dəfə ÇL-nin qrup mərhələsinin “Qalatasaray”a qarşı keçirilmiş son oyununda (PSJ 5:0 hesabı ilə qalib gəlmişdi) meydanda olub.

Komandanın əsas qapıçısı Keylor Navasın taleyinə isə avqustun 15-də aparılacaq əlavə tibbi müayinələrdən sonra aydınlıq gətiriləcək.

Xatırladaq ki, bununla yanaşı, PSJ-nin müdafiəçisi Tyaqo Silva zədələnib. Onun vəziyyəti ilə bağlı qarşıdakı günlərdə məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri