14 
Avq
2020
22:05
197
36
4526
Virtual karabakh

“Qarabağ”ın rəqibi Bakıya xal itkisi ilə gəlir

14 Avq, 2020
22:05
4526

“Qarabağ”ın rəqibi Bakıya xal itkisi ilə gəlir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şimali Makedoniya çempionatında II tura start verilib.

Oxu.Az xəbər verir ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olacaq “Sileks” növbəti görüşünü keçirib.

Kratovo təmsilçisi doğma meydanda “Pelister”lə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb.

Bu nəticədən sonra xallarını 4-ə yüksəldən “Sileks” hələlik turnir cəvdəlinə başçılıq edir. Eyni xala malik “Pelister” isə 2-ci sırada qərarlaşıb.

Qeyd edək ki, avqustun 18-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sileks” oyunu saat 20:00-da başlayacaq.

Bu cütün qalibi II raundda “Şerif” (Moldova) – “Fola Eş” duelinin güclüsü ilə qarşılaşacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri