26 
Avq
2020
10:14
245
28
3961
Virtual karabakh

Karate millimizdə yeni baş məşqçi: Rafael Ağayev kömək edəcək - ÖZƏL

26 Avq, 2020
10:14
3961

Karate millimizdə yeni baş məşqçi: Rafael Ağayev kömək edəcək - ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Karate millimizin baş məşqçisi dəyişib.

Oxu.Az-ın xəbərinə görə, türk məşqçi Bahattin Kandazla müqavilə başa çatıb.

Onu millimizdə köməkçi işləyən Qurban Tağıyev əvəzləyib.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Oxu.Az-ın xəbərini təsdiqləyib:

“Bahattin Kandazın bizimlə müqaviləsi başa çatıb. Onun müqaviləsi Olimpiadanın sonuna kimi idi. Düzdür, Olimpiada bir il sonraya ertələndi. Ancaq məsləhət bildik ki, yeni müqavilə imzalamayaq.

Qurban Tağıyev Bahattin hoca getdikdən sonra komandanı müvəqqəti çalışdırırdı. Dünən artıq rəsmi şəkildə onun baş məşqçi işləməsi təsdiqləndi”.

O bildirib ki, əvvəlki köməkçi məşqçilərdə dəyişiklik olmayacaq. Lakin beşqat dünya çempionu Rafael Ağayevin də eyni zamanda məşqçi kimi fəaliyyət göstərəcəyini bildirib:

“Şahin Xudaverdiyev, Seymur Hüseynov, Rəşad Hüseynov kumite millimizdə köməkçi məşqçi, Denis Morozov qadın millimizin baş məşqçisi, Vahid Eyvazov isə kata yığmamızın çalışdırıcısı, Vüqar Kərimov onun köməkçisi kimi fəaliyyətini davam etdirəcək. Həmçinin, Rafael Ağayev də kumite millimizə məşqçi kimi kömək edəcək”.  

Qeyd edək ki, Bahattin Kandaz 2018-ci ilin dekabrında millimizə baş məşqçi təyin olunub.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri