Sen
2020
13:56
137
82
6662
Virtual karabakh

Metroda polisə müqavimət göstərən millimizin üzvü imiş - VİDEO

7 Sen, 2020
13:56
6662

Metroda polisə müqavimət göstərən millimizin üzvü imiş - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun əvvəllərində Bakı Metropolitenində polisin qanunu əmrinə tabe olmayan və müqavimət göstərən şəxslərdən biri – Şirzad Şirzadov basketbol üzrə Azərbaycan yığmasının üzvü olub.

“Qafqazinfo”nun məlumatına görə, o, U-20 milli komandamızda çıxış edib. 

Ş.Şirzadov Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 221-ci (Xuliqanlıq) maddələri ilə ittiham olunub.

Onun barəsində məhkəmənin qərarı ilə üç aylıq həbs qətimkan tədbiri seçilib. Həmin müddətin başa çatmasına bir neçə gün qaldığı üçün istintaqın təqdimatı ilə Ş.Şirzadovun həbs müddəti uzadılıb. 

Onun həbsdən azad olunması üçün vəkilinin verdiyi vəsatət Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyeva tərəfindən rədd edilib. O, həbsdə qalıb. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri