Sen
2020
10:08
54
161
5687
Virtual karabakh

Kikboksinq Federasiyasında dəyişikliklər: Adil Əliyev fəxri sədr oldu - FOTO

9 Sen, 2020
10:08
5687

Kikboksinq Federasiyasında dəyişikliklər: Adil Əliyev fəxri sədr oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Kikboksinq Federasiyasının İdarə Heyətinin onlayn konfransı keçirilib.

Federasiyadan verilən məlumata görə, iclasda Əliyev Orxan Sədrəddin oğlu federasiyanın yeni prezidenti seçilib. Federasiyanın keçmiş prezidenti, Milli Məclisin vitse-spikeri Adil Əliyev isə qurumun fəxri sədri seçilib.

Adil Əliyev yeni prezidentə inandığını bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Orxan Əliyev isə ona göstərilən etimada görə təşəkkürünü ifadə edib və bu etimadı doğruldacağına söz verib:

“Azərbaycan Kikboksinq Federasiyasının prezidenti seçilmək mənim üçün qürurvericidir. Amma eyni zamanda kifayət qədər ciddi və məsuliyyətli bir yükün altına girməyimin fərqindəyəm. Mənə göstərilən etimadı doğrultmağa, federasiyanı daha da irəli aparmağa çalışacağam. Azərbaycan Kikboksinq Federasiyası ölkədə idmana töhfə verməyə davam edəcək”.

Qeyd edək ki, O.Əliyev 1981-ci il iyunun 20-də Ermənistanda – Qərbi Azərbaycanda anadan olub. 2002-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Özəl sektorda uğurlu fəaliyyət göstərib. Müxtəlif beynəlxalq biznes forumları və konfranslarda Azərbaycanı təmsil edib. Beynəlxalq idman yarışlarının təşkilatçısı və sponsoru olub. Azərbaycan, ingilis, türk və rus dillərini bilir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri