15 
Sen
2020
17:36
122
38
2649
Virtual karabakh

“Fənərbaxça”dan Mandzukiçə sərfəli təklif

15 Sen, 2020
17:36
2649

“Fənərbaxça”dan Mandzukiçə sərfəli təklif

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yuventus”un sabiq hücumçusu, hazırda azad agent statusuna malik olan xorvatiyalı  hücumçu Mario Mandzukiç “Fənərbaxça” klubundan sərfəli təklif alıb.

Bu barədə türkiyəli idman jurnalisti Əkrəm Konur öz “Twitter” səhifəsində məlumat yayıb.

Jurnalist yazır ki, İstanbul klubunun rəhbərliyi 34 yaşlı futbolçuya 3,5 milyon avro dəyərində müqavilə təklif edib.

Ə.Konur qeyd edir ki, bu M.Mandzukiçə azad agent statusu əldə etdikdən sonra gələn ən sərfəli təklifdir.

Xorvatiyalı hücumçu ilə Rusiyanın “Lokomotiv” klubu da maraqlanır.

“Qırmızı-yaşıllar” M.Mandzukiçə görə 2,7 milyon avrodan keçməyə hazır olduqlarını bildiriblər.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri