15 
Sen
2020
17:09
90
40
3764
Virtual karabakh

“Qalatasaray”ın Bakı planları: Komanda harada qalacaq?

15 Sen, 2020
17:09
3764

“Qalatasaray”ın Bakı planları: Komanda harada qalacaq?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Türkiyənin “Qalatasaray” klubu UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Neftçi” ilə oynamaq üçün sabah Bakıya gələcək. Artıq İstanbul klubunun hansı saatlarda Bakıda olacağı və harada məskunlaşacağı da bəllidir.

Bu barədə Oxu.Az-a “Neftçi”dən verilən məlumata görə, komanda saat 12:00-da İstanbuldan Bakıya yola düşəcək.

Təxminən üç saatlıq uçuşdan sonra “Qalatasaray” Bakıda olacaq. İstanbulun ən məşhur klubu Bakıda “Fairmont” hoteldə qalacaq.

“Qalatasaray” sabah saat 18:30-da Bakı Olimpiya Stadionunda məşqə çıxacaq. Bu məşqin ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq. Məşqdən yarım saat əvvəl isə baş məşqçi Fatih Terimin mətbuat konfransı baş tutacaq.

Qeyd edək ki, “Neftçi” – “Qalatasaray” görüşü sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun pandemiya səbəbindən azarkeşsiz baş tutacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri