16 
Sen
2020
13:24
82
120
2027
Virtual karabakh

Fatih Terimdən oyunçularına xəbərdarlıq: “Neftçi”ni ciddiyə alın”

16 Sen, 2020
13:24
2027

Fatih Terimdən oyunçularına xəbərdarlıq: “Neftçi”ni ciddiyə alın”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim Bakı səfəri öncəsi oyunçularına xəbərdarlıq edib.

Türkiyə mətbuatının xəbərinə görə, Fatih Terim UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində qarşılaşacaqları “Neftçi”ni ciddiyə almaq lazım olduğunu bildirib:

“Rəqibi əsla qiymətləndirməmək olmaz. Bu matçın üzrü yoxdur. Onlar (“Neftçi”) da tək matçı fürsət olaraq görəcək. Sonradan düzəldilməsi mümkün olmayan 90 dəqiqə oynayacağıq”.

Komanda Türkiyədə keçdiyi məşqlərdə daha çox küncdən asmalar və standart zərbələr üzərində çalışıb.

Qeyd edək ki, “Neftçi” – “Qalatasaray” matçı sabah saat 20:00-da başlayacaq. Görüş Bakı Olimpiya Stadionunda baş tutacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri