16 
Sen
2020
15:50
16
87
1429
Virtual karabakh

Azərbaycanı Olimpiadada təmsil edəcək idmançı niyə Bəhreyn forması ilə çıxış edib?

16 Sen, 2020
15:50
1429

Azərbaycanı Olimpiadada təmsil edəcək idmançı niyə Bəhreyn forması ilə çıxış edib?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, azərbaycanlı velosipedçi Elçin Əsədov Türkiyədə üçüncü olub.

Şose velosipedi üzrə Elit yığma komandamızın üzvü, gələn il Tokio Yay Olimpiya Oyunlarında iştirak edəcək Elçin Əsədov Türkiyədə keçirilən 1.2 kateqoriyalı “Grand Prix Velo Erciyes” yarışında uğurla çıxış edərək bürünc medal qazanıb. Lakin idmançımızın medal kürsüsündə Azərbaycan yox, Bəhreyn sözü yazılmış formada çıxış etməsi təəccüblü görünüb.

Məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Velosiped İdmanı Federasiyası ilə əlaqə saxladıq. 

“Orada Bəhreynin Velosiped Akademiyası komandası da iştirak edib. Elçin də kontinental bu komandanın tərkibində yer alıb. Amma orada Azərbaycan millisi də ayrıca iştirak edib”, - Federasiyadan bildirilib.

Qeyd edək ki, Elçin Əsədov bu ayın sonları İtaliyada baş tutacaq dünya çempionatında Azərbaycanı təmsil edəcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri