16 
Sen
2020
18:00
104
71
5085
Virtual karabakh

Bakı, Sumqayıt və Xızı - virtual döyüş finalında!

16 Sen, 2020
18:00
5085

Bakı, Sumqayıt və Xızı - virtual döyüş finalında!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“PUBG” Mobile virtual döyüş növü üzrə Azərbaycan Birinciliyi uğrunda oyunlar davam edir. 
512 komandanın iştirakı ilə başlayan turnirdə oyunların həyəcanı artmaqdadır. Sentyabr ayının 12-si baş tutan turnir günündə 3 xəritədə 32 komanda arasında oynanılan oyunda günün birincisi Bakılı oğlanlardan ibarət “CLAY GLA” komandası olub. Cütlük oyun ərzində 49 xal və 21 “məhv edilən”lə yadda qalıb. İkincilik isə 40 xal 26 “məhv edilən”lə “PMCO boys” Xızı nümayəndələrinin olub. Oyunun ən çox “məhv edilən” nəticəsini “PMCO boys” cütlüyündən “racZAKON” ləqəbli Səfərli Ağasadiq göstərib.

Sentyabrın 13-ü baş tutan qarşıdurmalarda isə Bakını təmsil edən “Evan team” komandası 86 xal 32 “məhv edilən”lə birinci olarkən, ikincilik Sumqayıtın təmsilçiləri olan “RICHTIGER WEG” komandasına qismət olub. “RICHTIGER WEG” oyun ərzində 47 xal 10 “məhv edilən” nəticəsi göstərib. 8 “məhv edilən”lə günün birincisi “Evan team”in nümayəndəsi “evnREALOVE” ləqəbli Rəhman Cəyiyev olub.

“PUBG Mobile Azərbaycan Birinciliyi” uğrunda mübarizə ümumilikdə 1024 nəfərin iştirakı ilə davam edir. Komandalar 16 qrupa bölünüb və bu komandalar öz qruplarında 3 müxtəlif xəritədə güclərini sınayırlar.

“PUBG Mobile” virtual döyüş növü üzrə Azərbaycan Birinciliyi uğrunda yarışda hər qrupda ilk 2 yeri tutan cütlüklər böyük finala vəsiqə qazanacaq. Sentyabrın 21-də baş tutacaq final mübarizəsində isə, ilk 5 yeri tutan komandaların üzvlərinə “MyShops.az” tərəfindən 10 ədəd müxtəlif markalı telefonlar hədiyyə ediləcək.

“Gaming League Azerbaijan”nın (GLA) təşkilatçılığı ilə keçirilən turnirin tərəfdaşları Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Kiber İdman Federasiyası və “MyShops.az” onlayn alış-veriş saytıdır.

2019-cu ilə qədər olan statistikalara görə 400 milyondan artıq insanın marağını qazanan kiber idman sahəsi bu gün də öz populyarlığını artırmağa davam edir. Kiber idman oyunları test oyun olaraq 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarına daxil edilib. Azərbaycanda isə 2019-cu ildə yaranmış, kiber idman turnirləri həyata keçirən “Gaming League” Azerbaijan (GLA) bu günədək 10-dan (14) çox kiber idman çempionatı həyata keçirib. Kiber idman mədəniyyətini inkişaf etdirmək məqsədi ilə yaradılan bu şirkətin prioritet məqsədləri arasında Azərbaycanda beynəlxalq səviyyəyə qədər kiber idman üzrə oyunların inkişaf etdirilməsi və Azərbaycanda həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün bütün lazımi şəraitin yaradılması daxildir.

“PUBG Mobile” həvəskarlarını bu turniri yaxından izləməyi tövsiyyə edirik. Bu çempionat çox maraqlı və çox fərqli olacaq.

“YouTube”: GLA Hub

“Instagram”: glahub

“Facebook”: glahub

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri