16 
Sen
2020
18:28
336
30
2465
Virtual karabakh

Fatih Terim: “Pandemiyadan sonra Bakıda özəl bir matç keçirə bilərik” - VİDEO

16 Sen, 2020
18:28
2465

Fatih Terim: “Pandemiyadan sonra Bakıda özəl bir matç keçirə bilərik” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim “Neftçi” ilə oyun barədə danışarkən maraqlı məqamlara toxunub.

O, Bakı Olimpiya Stadionunda keçirilən mətbuat konfransında azərbaycanlı azarkeşlərə söz verib:

“İndi pandemiyaya görə “Neftçi” ilə oyun azarkeşsiz keçiriləcək. Amma sizə söz verirəm ki, pandemiyadan sonra Bakıda bir matç və ya təlim-məşq toplanışı keçirə bilərik. Sosial məsafəni gələcəkdə isti məsafəyə çevirərik. Sizin təklifinizi beynimin bir küncünə yazdım. Burada “Qalatasaray” sevgisi çox fərqlidir.

“Qalatasaray”da azərbaycanlı futbolçuların oynaması üçün nə lazımdır? Birincisi, “Qalatasaray”ı seçməli, bu komandada oynamaq istəyi çox olmalıdır. İkincisi, özündə də rəqabət apara biləcək istedad olmalıdır. Mən də istərdim ki, qardaş ölkədən bir futbolçu bizdə oynasın".

Türkiyəli məşqçi Füzuli Məmmədovun “Qalatasaray”ı məğlub edəcəyik" deməsinə də münasibət bildirirək deyib ki, bu, normaldır: 

“Deyəsi deyil ki, məğlub olacağıq. Mən iddialı danışan adamları sevirəm. Bakı Olimpiya Stadionu Türkiyə millisinin AVRO 2020-də iki matç keçirəcəyi stadiondur. Əvvəllər Tofiq Bəhramov adına stadionda oynayırdınız. Ümid edirəm ki, sabah bu stadion bizim üçün uğurlu olacaq”.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri