17 
Sen
2020
18:04
140
30
4407
Virtual karabakh

Beyl sabah London klubu ilə müqavilə bağlayacaq

17 Sen, 2020
18:04
4407

Beyl sabah London klubu ilə müqavilə bağlayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Uelsli ulduz futbolçu Qaret Beylin yenidən “Tottenhem”ə qayıdışı reallaşır.

Bu barədə idman jurnalisti Fabritsio Romano öz “Twitter” hesabında məlumat verib.

O bildirib ki, futbolçu sabah Madriddən Londona yola düşəcək. O, tibbi baxışdan keçdikdən sonra “Tottenhem”lə bir illik icarə müqaviləsi bağlayacaq.

Qeyd edək ki, Qaret Beyl 2007-2013-cü illərdə London klubunda çıxış edib. 203 matça 56 qol vurub, 58 məhsuldar ötürməyə imza atmış 31 yaşlı futbolçu 2013-cü ildə 101 milyon avroya Madrid “Real”ına keçib. O, İspaniyada 251 matç keçirib, 105 qol vurub və 68 məhsuldar ötürmə ilə yadda qalıb. Hazırda onun transfer dəyəri 28 milyon avro dəyərləndirilir.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri