17 
Sen
2020
22:55
548
58
3878
Virtual karabakh

Fatih Terim: “Bakıya qardaş kimi gəlib, buradan qardaş kimi ayrılırıq”- YENİLƏNİB + VİDEO

17 Sen, 2020
22:55
3878

Fatih Terim: “Bakıya qardaş kimi gəlib, buradan qardaş kimi ayrılırıq”- YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçirilən “Neftçi” - “Qalatasaray” (1:3) oyunundan sonra ənənəvi mətbuat konfransı keçirilib.

Oxu.Az-ın Bakı Olimpiya Stadionunda olan müxbiri Fatih Terimin mətbuat konfransında səsləndirilən fikirlərini təqdim edir:

“Ola bilər ki, hesabdakı üstünlükdən sonra Super Liqa matçı üçün maksimum güclə oynamadıq. Amma çoxlu vəziyyətlər yaratdıq. Oyunlarımdan razıyam. Bəzi “11-lik”də olmayan futbolçuları görmək imkanı əldə etdik. Şükür ki, heç bir zədə almadıq.

“Neftçi” dirəniş göstərən komandadır. Bu gün də belə olduğunu gördük.

Azərbaycan qardaş ölkədir. Həmişə burada qonaqpərvərliklə üzləşirik. Buradan da qardaş kimi yola düşürük. Bakıda “Qalatasaray”la 500-cü matçıma çıxdım.

Dünən “Neftçi”dən bəzi oyunçuların isimlərini çəkmişdim. Onu sakit başla demişdim. Üzr istəyirəm, bu dəfə ad əlavə edə bilməyəcəyəm. Çünki daha çox öz futbolçularımın oyununa köklənmişdim.

Bizim oyunçumuz Cessi Sekidika vaxtı ilə “Neftçi”də baxışda olub, bəyənilməyib? Belə hallar olur. Kimsə bəyənmir, sonra həmin oyunçu inkişaf edərək özünü göstərir və hansısa klub tərəfindən bəyənilir".

Səbuhi Musayev

22:21

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçirilən “Neftçi” - “Qalatasaray” matçından sonra qonaqların baş məşqçisi Fatih Terim mətbuat konfransı keçirib. 

Mətbuat konfransını təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri