17 
Sen
2020
23:32
109
67
1740
Virtual karabakh

Füzuli Məmmədov: “Bu gün məğlubiyyətimizin səbəbi buraxdığımız səhvlərdir”

17 Sen, 2020
23:32
1740

Füzuli Məmmədov: “Bu gün məğlubiyyətimizin səbəbi buraxdığımız səhvlərdir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçirilən “Neftçi” - “Qalatasaray” (1:3) oyunundan sonra ənənəvi mətbuat konfransı keçirilib.

Oxu.Az-ın Bakı Olimpiya Stadionunda olan müxbiri “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədovun mətbuat konfransında səsləndirdiyi fikirləri təqdim edir:

“Qalatasaray” kimi komandalarla oyunlarda kobud səhvlər bağışlanmır. Bu gün məğlubiyyətimizin səbəbi buraxdığımız səhvlərdir.

Rəqib elə komandadır ki, top səviyyədə olan futbolçuları var. Belə komandalar xırda səhvləri bağışlamır. Ona görə də rəqibə maksimum az boşluq verməlisən.

Səlahət Ağayev zədəli idi. Ona görə heyətə əlavə etməmişdik. Stiven Jozef-Monrozun da zədəsi vardı. Prins İbara yeni gəlib. Tədricən o artıracaq. 

Etiraf edim ki, “Şkupi” və “Sumqayıt”la oyunlarda bundan daha çox səhv buraxmışdıq. Amma “Qalatasaray” bu komandalardan fərqlidir. Az səhv etsən belə, qapında top görəcəksən. Bu matçda inamlı görünməyimizin səbəbi rəqibin adına görə motivasiyanın yüksək olması idi”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri