18 
Sen
2020
16:11
85
47
2717
Virtual karabakh

Millimizin sabiq futbolçusu iki aya iki klub dəyişdi - FOTO

18 Sen, 2020
16:11
2717

Millimizin sabiq futbolçusu iki aya iki klub dəyişdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK növbəti futbolçunun keçidini reallaşdırıb.

Sumqayıt klubunun rəsmi saytı xəbər verir ki, 2017/18 mövsümündə də bu komandanın şərəfini qorumuş yarımmüdafiəçi Cavid İmamverdiyevlə 1+1 illik müqavilə imzalanıb. İmamverdiyev “22” nömrəli formada çıxış edəcək.

Qeyd etdiyimiz kimi, Cavid İmamverdiyev 2017/18 mövsümündə “Sumqayıt”ın uğurları çalışıb. Həmin mövsümün bütün oyunlarında iştirak edən yarımmüdafiəçi (28 oyun, 2350 dəq.) altı dəfə rəqib qapılarına yol tapmağa müvəffəq olub.

Onu da bildirək ki, Cavid “Keşlə”, “Sabah”, “Neftçi”, “Karvan” və “Elazığspor” klublarında çıxış edib. İmamverdiyev U-21 (16 oyun, 3 qol) və A millimizin də (11 oyun, 1 qol) formasını geyinib.

14:00

“Keşlə” Futbol Klubu Cavid İmamverdiyevlə yolları ayırıb.

Bununla bağlı klubun mətbuat xidməti məlumat yayıb. 

Yarımmüdafiəçi Cavid İmamverdiyevlə mövsümün əvvəlində bağlanan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, C.İmamverdiyev bu ilin iyunun 30-da “Sabah”dan “Keşlə”yə transfer olunmuşdu.

İmamverdiyev Azərbaycan milli komandasının heyətində 11 oyun keçirib və 1 qol vurub. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri