19 
Sen
2020
10:08
32
62
1848
Virtual karabakh

“Keşlə” vahid liderə çevrilə bilər - PREVYU

Bu gün Azərbaycan Premyer Liqasında III tura start veriləcək.

Turun ilk günündə iki qarşılaşma baş tutacaq. “Keşlə” Qəbələ səfərindən xal qazansa, müvəqqəti də olsa, vahid liderə çevrilə bilər.

Sabah isə mərkəzi görüş əzəli rəqiblər – “Qarabağ” və “Neftçi” arasında keçiriləcək.

Azərbaycan Premyer Liqası

III tur

19 sentyabr

17:00 “Qəbələ” – “Keşlə”

Qəbələ şəhər stadionu

19:15 “Sumqayıt” – “Səbail”

“Kapital Bank Arena” 

20 sentyabr

18:00 “Zirə” – “Sabah”

Zirə İdman Kompleksinin stadionu

20:15 “Qarabağ” – “Neftçi”

“Azərsun Arena”

Qeyd edək ki, hazırkı turnir cədvəlinə əsasən “Qarabağ”, “Zirə” və “Keşlə” dörd xala malikdir. Lakin top fərqinə görə “Qarabağ” liderdir. Sonuncu sıranı xalsız olan “Səbail” tutur.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri