19 
Sen
2020
13:44
40
103
3287
Virtual karabakh

Heydər Məmmədəliyev: “Tamaşaçılar gəlməsin deyə, döyüş məkanını gizli saxlayırıq” - VİDEO

Xəbər verdiyimiz kimi, sabah Bakıda International Fighting League-nın (IFL) təşkilatçılığı ilə MMA turniri keçiriləcək.

IFL-in prezidenti Heydər Məmmədəliyev Oxu.Az-a açıqlamasında planlardan danışıb:

“İlk turnirimizdir. Bundan əvvəl Azərbaycanda MMA yarışları keçirilib. Amma bizim liqa peşəkarlıq baxımından digərlərindən seçilir. İlk iki turnirimizi lokal səviyyədə keçirəcəyik. Daha sonrakı iki turniri beynəlxalq müstəviyə çevirəcəyik”.

O, sabah rinqə çıxacaq 20 idmançı arasında yer alan əcnəbilərin bu yarışda iştirak edə bilməsinin səbəbini izah edib:

“Budəfəki döyüşdə iştirak edənlərdən iki nəfər xarici ölkə vətəndaşıdır. Onların bu yarışda iştirak etməsində heç bir problem olmayıb. Çünki İran azərbaycanlısı olan Məhəmməd Müqəddəsi və əslən Əfqanıstandan olan Əbdülfəhəd Əhmədi pandemiya ilə əlaqədar ölkəmizdə qalıblar. Onlar da bu yarışda iştirak etmək istədiklərini bildirdilər və biz də razılıq verdik”.

Heydər Məmmədəliyev döyüşün açıq havada keçiriləcəyini və döyüş məkanının konfidensial saxlanıldığını bildirib:

“Döyüş pandemiya ilə əlaqədar olaraq qapalı zalda yox, açıq havada keçiriləcək. Biz azarkeşlərin ora gəlib karantin qaydalarını pozmaması üçün döyüşlərin keçiriləcəyi məkanı açıqlamırıq”.

Qeyd edək ki, gecənin əsas döyüşləri yüngül çəkidə Xəzər Rüstəmovla Ramin Sultanov və ağır çəkidə Tural Azayevlə Məhəmməd Müqəddəsi arasında baş tutacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri