21 
Sen
2020
02:30
48
68
2154
Virtual karabakh

La Liqa: “Real” mövsümə xal itkisi ilə başladı

İspaniya La Liqasında II turun növbəti oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, ikinci oyun günündə keçirilməli olan altı qarşılaşmadan dördü baş tutub.

İlk qələbəsini qazanan “Kadis” səfərdə “Ueska”nı üstələyib. “Qranada” “Alaves”, “Betis” isə “Valyadolid”lə görüşdə ikinci qələbəsini rəsmiləşdirib.

Günə “Real Sosyedad” – “Real” qarşılaşması ilə yekun vurulub. Cari mövsüm ilk oyununa San Sebastianda çıxan “kral klubu” qolsuz bərabərliklə kifayətlənməli olub.

Qeyd edək ki, növbəti turun oyunları sentyabrın 25-27-də keçiriləcək.

İspaniya La Liqası
II tur
20 sentyabr

“Ueska” – “Kadis” – 0:2
Qollar:
Neqredo, 11, Pombo, 83

“Levante” – “Atletiko” – təxirə salınıb
“Sevilya” – “Elçe” – təxirə salınıb

“Qranada” – “Alaves” – 2:1
Qollar:
Soldado, 7, Maçis, 79 – Xoselu, 22

“Betis” – “Valyadolid” – 2:0
Qollar:
Fekir, 10 (pen.), Karvalyo, 18

“Real Sosyedad” – “Real” – 0:0

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri