21 
Sen
2020
12:02
56
9
649
Virtual karabakh

Avropa çempionatı ikinci dəfə təxirə salındı

Bu ilin noyabrında keçiriləcək cüdo üzrə Avropa çempionatı ikinci dəfə geri tarixə təxirə salınıb.

Avropa Cüdo İttifaqının saytı xəbər verir ki, 8-10 noyabr tarixlərində Çexiyanın paytaxtı Praqada keçirilməli olan Avropa çempionatının vaxtında dəyişiklik edilib.

Belə ki, yarış 19-21 noyabra salınıb (əvvəl 1-3 may tarixlərində olmalı idi – S.M.). Bu barədə Çexiya Cüdo Federasiyasının prezidenti Yirji Doleys və Avropa Cüdo İttifaqının çexiyalı vitse-prezidenti Mixal Vaxun məlumat yayıb.

Dəyişiklik Beynəlxalq Cüdo Federasiyasının təqvimi ilə bağlıdır. Bu yarış üçün 4500 tamaşaçı üçün bilet satılıb. Qurum ümid edir ki, pandemiya ilə əlaqədar vəziyyət düzələcək və həmin azarkeşlərin yarışın keçiriləcəyi O2 Arenasına buraxılmasında heç bir problem olmayacaq.

Həmçinin, media nümayəndələrinin də yarışa buraxılması sual altındadır. Bu səbəbdən KİV qeydiyyatı dayandırılıb. Situasiyadan asılı olaraq, media akkreditasiyası üçün qeydiyyat oktyabrın sonlarında elan olunacaq.

Qeyd edək ki, bu il həm də Xorvatiyanın Poreç şəhərində gənclərin və 23 yaşadək cüdoçuların, eləcə də, Latviyanın paytaxtı Riqada yeniyetmələrin Avropa çempionatının keçirilməsi planlaşdırılır. İlk yarışın tarixi tezliklə təsdiqlənməlidir. İkinci yarış isə noyabrda baş tutmalıdır.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri