21 
Sen
2020
14:04
114
30
4364
Virtual karabakh

Olimpiya çempionumuz milliyə baş məşqçi təyin olundu - YENİLƏNİB + VİDEO

21 Sen, 2020
14:04
4364

Olimpiya çempionumuz milliyə baş məşqçi təyin olundu - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, sərbəst güləş üzrə millimizə yeni baş məşqçi - Namiq Abdullayev təyin olunub.

Oxu.Az-ın həmin mətbuat konfransında iştirak edən jurnalistinin xəbərinə görə, Olimpiya çempionumuz təyinatla bağlı fikirlərini bildirib:

“Namiq Əliyevə təşəkkürümü bildirirəm ki, mənim namizədliyimi verib. 2009-cu ildən federasiyada yeniyetmələrlə işləyirəm. Belə çətin durumda ümidləri doğrultmağa çalışacağam. Mən artıq bir neçə gündür ki, komanda ilə birgə məşq keçirəm.

Amma hələ köməkçilərimi müəyyənləşdirməmişəm. Buna rəhbərliklə birgə qərar verəcəyik. Hələ ki, Zəlimxan Hüseynov böyük məşqçi, Arif Abdullayev isə məşqçi kimi fəaliyyətini davam etdirəcək. Zəlimxan Hüseynov pandemiya ilə əlaqədar Bakıya gələ bilmir. O, Dağıstanda olan güləşçilərimizə məşq keçir”.

13:49

Güləş millilərimizdə məşqçi dəyişiklikləri baş tutub.

Bu barədə Azərbaycan Güləş Federasiyasının prezidenti Namiq Əliyev keçirdiyi mətbuat konfransında bildirib.

Oxu.Az-ın həmin mətbuat konfransında iştirak edən jurnalistinin xəbərinə görə, Oyan Nəzəriani yeni yaradılmış çimərlik güləşi üzrə millimizə baş məşqçi təyin olunub.

Sərbəst güləş millimizə isə 2000-ci il Olimpiya çempionu, üçqat Avropa çempionu Namiq Abdullayev baş məşqçi təyin edilib.

Qeyd edək ki, sərbəst güləş millimizdə bunadək dağıstanlı Saypulla Absaidov baş məşqçilik edirdi.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri