21 
Sen
2020
14:12
92
19
1411
Virtual karabakh

Millimizin üzvü Almaniya çempionu oldu

21 Sen, 2020
14:12
1411

Millimizin üzvü Almaniya çempionu oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şahmat üzrə Azərbaycan millisinin üzvü Arkadi Naydiç Almaniya çempionu olub. 

Report-un məlumatına görə, 35 yaşlı qrossmeyster buna “OSG Baden-Baden” komandasının heyətində yiyələnib.

Naydiçin komandası sonuncu - 7-ci turda heyətində Şəhriyar Məmmədyarovun da yer aldığı “Vernhaym”ı üstələyib - 4.5:3.5.

Məmmədyarov son görüşdə ABŞ-ın tanınmış şahmatçısı Fabiano Karuana ilə heç-heçə edib - 0,5:0,5. Naydiç isə latviyalı İqor Kovalenkoya qalib gəlib - 1:0. 

Bu nəticədən sonra xallarının sayını 14-ə çatdıran “OSG Baden-Baden” çempionatda maksimum nəticə ilə qalib olub. Rəqibindən 2 xal az toplayan “Vernhaym” gümüş medal qazanıb. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri