21 
Sen
2020
14:20
153
34
4063
Virtual karabakh

Namiq Abdullayev vitse-prezident postunu itirə bilər

21 Sen, 2020
14:20
4063

Namiq Abdullayev vitse-prezident postunu itirə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Güləş Federasiyasının prezidenti Namiq Əliyev adaşı Namiq Abdullayevdən tələblərinin çox olacağını bildirib.

Oxu.Az-ın həmin mətbuat konfransında iştirak edən jurnalistinin xəbərinə görə, o, təyinatla bağlı fikirlərini bölüşüb:

“Bizim ona güzəşt etmək fikrimiz yoxdur (gülür). Əvvəlki məşqçilərdən nəyi tələb etmişiksə, ondan da tələb edəcəyik. Güləşdə hər zaman medallar olmalıdır. Bunun üçün dövlətimiz tərəfindən də tam dəstək alırıq”.

Bundan əlavə, Namiq Abdullayev sərbəst güləşdə yeniyetmələr üzrə vitse-prezident postundan kənarlaşdırıla bilər. Buna səbəb onun sərbəst güləş üzrə millimizə baş məşqçi vəzifəsinə təyinatıdır. Bu barədə federasiyanın prezident əvəzi Namiq Əliyev məlumat verib:

“Bu barədə hələ qərar verməmişik. Ola bilsin ki, artıq bu vəzifədə olmasın. Amma əgər bu işi görə bilərsə, saxlanılacaq. Hər halda bu barədə daha sonra qərar verəcəyik”.

Qeyd edək ki, Olimpiya çempionu Namiq Abdullayev 2009-cu ildən federasiyada yeniyetmələr üzrə vitse-prezidentdir.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri