21 
Sen
2020
16:06
80
37
1055
Virtual karabakh

Güləş üzrə Azərbaycan çempionatını keçirmək üçün hökumətdən razılıq alına bilər

21 Sen, 2020
16:06
1055

Güləş üzrə Azərbaycan çempionatını keçirmək üçün hökumətdən razılıq alına bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrda keçirilməsi planlaşdırılan güləş üzrə Azərbaycan çempionatının qapalı məkanda baş tutması üçün Nazirlər Kabineti yanında operativ qərargahdan icazə alına bilər.

Azərbaycan Güləş Federasiyasının prezidenti Namiq Əliyev bir sıra məsələlərlə bağlı fikirlərini səsləndirib:

“Pandemiya ilə əlaqədar yarışlar təxirə salınıb. Ancaq dekabrda gənclərin (4-10 dekabr) və böyüklərin (12-20 dekabr) dünya çempionatı keçirilə bilər. Çünki təşkilatçı ölkə Serbiya Şengen ərazisi deyil və problem yaşanmayacaq. Məsələn, Finlandiyadakı U-23-lərin dünya çempionatı (23-29 noyabr) ləğv edilməyib keçirilsəydi, hamı iştirak etməyə bilərdi. Çünki Finlandiya Şengen ölkəsidir və Azərbaycan kimi Şengen zonasına daxil olmayan ölkələrdən olan idmançılar orada karantinə alınacaqdı. Dünya Güləş Birliyi (UWW) Belqraddakı dünya çempionatları ilə bağlı yekun qərarını oktyabrın 5-də keçiriləcək İcraiyyə Komitəsinin iclasında verəcək.

Ola bilsin, dünya çempionatı keçirilməsə, onun əvəzinə dünyanın ən güclü 10 komandasının iştirakı ilə bir yarış keçiriləcək. Bildiyiniz kimi, Olimpiadaya təxminən 10 ay vaxt qalıb. Bu o qədər də çox deyil. Olimpiya Oyunlarına ən yüksək səviyyədə hazırlaşmalıyıq”.

O, dekabrda Azərbaycan çempionatı keçirmək istədiklərini də bildirib:

“Dekabrın əvvəllərində Azərbaycan çempionatı keçirməyi planlaşdırırıq. Çünki Belqraddakı dünya çempionatı üçün heyəti müəyyənləşdirməliyik. Ümumiyyətlə, biz dövlətin razılığı olmadan iş görmürük. Əgər qapalı zallarla bağlı qərar qüvvədə qalsa, tamaşaçısız olmaq şərtilə yarışı keçirmək üçün hökumətə müraciət edəcəyik”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri