21 
Sen
2020
16:44
24
119
3722
Virtual karabakh

Millimizin yeni baş məşqçisi təyinatından danışdı

21 Sen, 2020
16:44
3722

Millimizin yeni baş məşqçisi təyinatından danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, çimərlik güləşi üzrə millimizin ilk baş məşqçisi Oyan Nəzəriani təyin edilib.

Azərbaycan Güləş Federasiyasının saytı xəbər verir ki, bu gün rəhbərliyin iştirakı ilə keçirilən iclasda Oyan Nəzəriani təyinatından danışıb:

“Ötən il federasiya bizi çimərlik güləşi üzrə beş yarışa göndərdi. Nəticələr də yaxşı oldu. Artıq çimərlik güləşi üzrə zal istifadəyə verilib. Həmin zal qış aylarında da məşq etməyə imkan verəcək. Azərbaycanda güləş bir nömrəli idman növüdür. Çalışacağıq ki, çimərlik güləşi də güləşin digər növləri kimi yüksək səviyyəyə çatsın, yaxşı nəticələrimiz olsun”.

Qeyd edək ki, İran azərbaycanlısı olan Oyan Nəzəriani əvvəllər ağır çəkidə Yunan-Roma güləşi üzrə millimizin üzvü olub. Daha sonra çimərlik güləşində Azərbaycanı təmsil edən idmançı +90 kiloqram çəki dərəcəsində Xorvatiyanın paytaxtı Zaqrebdə Dünya Seriyasının final mərhələsinin qalibi olub.

Çimərlik güləşi yeniyetmələrin Olimpiya Oyunlarına daxil edilib və gələcəkdə əsas Olimpiadanın proqramına salınması da istisna olunmur.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri