21 
Sen
2020
18:45
100
62
2564
Virtual karabakh

Azərbaycana Kolumbiyadan uruqvaylı futbolçu transfer olundu

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Bakı klubunun rəsmi saytı xəbər verir ki, uruqvaylı qapıçı Alvaro Vilete bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq.

29 yaşlı qolkiper Kolumbiyanın “Patriotas” klubundan bir illik icarəyə götürülüb.

Alvaro Vilete son mövsümdə “Patriotas”ın heyətində səkkiz oyunda meydana çıxıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri