22 
Sen
2020
12:28
206
31
2440
Virtual karabakh

Rafael Ağayevin döyüşü son 10 ilin ən yaxşıları arasına düşdü - VİDEO

22 Sen, 2020
12:28
2440

Rafael Ağayevin döyüşü son 10 ilin ən yaxşıları arasına düşdü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın paytaxtı Parisdə 2012-ci ildə keçirilmiş karate üzrə dünya çempionatının maraqlı anları paylaşılıb.

Ümumdünya Karate Federasiyasının (WKF) saytı son 10 ildə ən maraqlı döyüşlər seriyasını təqdim edir. Bunun üçün 2010, 2012, 2014, 2016 və 2018-ci illərdə keçirilmiş dünya çempionatlarına nəzər yetirilir.

2012-ci ildəki dünya çempionatında keçirilmiş maraqlı döyüşlər arasında beşqat dünya çempionu Rafael Ağayevin final döyüşü də var. R.Ağayev həmin döyüşdə italiyalı rəqibi Luici Buzaya hakimlərin rəqibə qələbəni verməsi səbəbindən uduzmuşdu. Həmin maraqlı görüntülər sentyabrın 25-də WKF-in “YouTube” versiyası vasitəsilə göstəriləcək.

Maraqlıdır ki, WKF daha əvvəl iyulun 3-də paylaşdığı yaddaqalan görüntülərdə də Rafael Ağayev – Luici Buza görüşünə yer vermişdi. Onda Serbiyanın paytaxtı Belqradda 2010-cu ildə keçirilmiş tərəflərin final görüşündə Rafael 5:1 hesabı ilə qalib gəlmişdi.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri