22 
Sen
2020
13:12
21
60
2819
Virtual karabakh

“Qarabağ”ın sabiq qapıçısının əvəzləyicisi “Arsenal”a transfer oldu - FOTO

22 Sen, 2020
13:12
2819

“Qarabağ”ın sabiq qapıçısının əvəzləyicisi “Arsenal”a transfer oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərənin “Arsenal” klubu yay transfer pəncərəsində daha bir futbolçu ilə razılaşma imzalayıb.

“Arsenal”ın rəsmi saytı xəbər verir ki, 25 yaşlı islandiyalı qapıçı Runar Aleks Runarsonla dörd illik müqavilə bağlanılıb. Runarson “Qarabağ”ın sabiq qapıçısı Hanes Tour Haldoursonun İslandiya millisində əvəzləyicisi olub.

Fransanın “Dijon” klubundan transfer olunan qapıçı 13 nömrəli formanı geyinəcək və ikinci qolkiper funksiyasını icra edəcək. Çünki ehtiyat qapıçı olmuş argentinalı Emiliano Martines altı gün əvvəl digər Premyer Liqa klubu “Aston Vila”ya 20 milyon funta transfer edilib.

Qeyd edək ki, “Arsenal” yay transfer pəncərəsində bunadək yalnız braziliyalılar – Vilian və Qabriel Maqalyaynsla güclənib. Klub daha çox icarədə olan futbolçularını – fransalı Vilyam Salibanı “Sent-Etyen”dən, misirli Məhəmməd Əlnennini “Beşiktaş”dan və Emil Smit Rounu “Hadersfild”dən geri qaytarıb. Həmçinin ötən mövsüm Braziliyanın “Flamenqo” klubundan icarəyə götürülmüş ispaniyalı mərkəz müdafiəçisi Pablo Mari tam hüquqlu əsaslarla kluba keçib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri