23 
Sen
2020
16:44
38
66
2772
Virtual karabakh

Ən yaxşı futbolçu və baş məşqçi adına namizədlər açıqlandı

23 Sen, 2020
16:44
2772

Ən yaxşı futbolçu və baş məşqçi adına namizədlər açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyanın “Bavariya” klubunun futbolçuları Manuel Noyer ilə Robert Levandovski, İngiltərənin  “Mançester Siti” klubun belçikalı yarımmüdafiəçisi Kevin de Brüyne UEFA-nın 2019-2020-ci il mövsümünün ən yaxşı futbolçusu adını qazanmağa namizəddirlər.

Bu barədə futbol qurumunun mətbuat xidməti xəbər yayıb.

Eyni zamanda, UEFA ən yaxşı məşqçi adına namizədlərin də adını açıqlayıb.

Belə ki, “Bavariya”nın baş məşqçisi Hans Flik, “Liverpul”un almaniyalı baş məşqçisi Yurgen Klopp və “Leyptsiq”ə rəhbərlik edən Yulian Nagelsman 2019-2020-ci il mövsümünün ən yaxşı baş məşqçisi olmağa namizəddirlər.

Qaliblərin adı oktyabrın 1-də Çempionlar Liqasının püşkatma mərasimində açıqlanacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri