24 
Sen
2020
12:31
6
42
1298
Virtual karabakh

AMADA-nın direktoru: “Əsas məsələ medalın qaytarılması yox, nəticənin silinməsidir”

24 Sen, 2020
12:31
1298

AMADA-nın direktoru: “Əsas məsələ medalın qaytarılması yox, nəticənin silinməsidir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dopinqə düşmüş idmançıların medallarının qaytarılması üçün yerli federasiyalara müraciət etmişik. Onlardan müsbət cavab almışıq”.

Bunu Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Oxu.Az-ın sualına cavab olaraq bildirib:

“Bəli, biz ötən ay medalların qaytarılacağını açıqladıq. Bununla yerli federasiyalar məşğul olacaq. Əslində, medalların qaytarılması fiziki məsələdir. Burada əsas məsələ dopinqə düşmüş idmançının nəticəsinin silinməsi və digər idmançıların haqqının bərpa olunmasıdır.

O ki qaldı ötən ilin avqustunda dopinqə düşdükdən sonra taekvondoçu Ramin Əzizovun bu ilin fevralında İsveçdəki beynəlxalq yarışda iştirak edib bürünc medal qazanmasına, biz bu barədə qarşı tərəfə də məlumat verəcəyik. Medalın qaytarılıb-qaytarılmaması onların məsələsidir”.

Olimpiya çempionu Fərid Mansurov da bu məsələyə münasibət bildirib:

“Onun adı artıq heç bir halda federasiya tərəfindən təqdim oluna bilməz. Çünki dünya və Avropa çempionatları üçün nazirliyə ezamiyyət üçün müraciət ediləndə biz ona bilet almaqda kömək etməyəcəyik. Üstəlik, o, artıq WADA-nın dopinqə düşmüş idmançıları siyahısında olacaq və heç bir halda yarışda iştirak edə bilməyəcək”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri